ACI TEBESSÜM

Acı təbəssüm

Yəqin bil, duşməyib isti-soyuğa
Yar gəldi, yar getdi dilində hələ.
Dəyməsin şairlər təbinə sözüm
Könlü bir vəfasiz eşqində hələ.

Məgər eşitmirsiz azadlıq səsin,
Verməyin haqqızı özgələr yesin,
Şair dillənməsə dərdi kim desin?
Yurd yanır canının qeydində hələ.

Güney Azərbaycan tək qalmağına,
Məzlum Qarabağın od yanmağına,
Düşmən qarşısında bir olmağına
Dillənmir, qarnının dərdində hələ.

Bu dünya heç kimin üzünə gülməz.
Bahalıqdan sonra ucuzluq gəlməz,
Zənginlər fəqirin qəmini bilməz
Qorxudan bir düyün səsində hələ.

Tez-tez bir sorunu gətir dilinə,
Nə gəldi aclıqdan sonra əlinə?
Cavanlıq böğulur gözün selinə
Mənim elim Əyyub səbrində hələ.

Gün o gün ola ki, haqq yeyilməsin,
Haqqını almadan el çəkilməsin,
Azadlıqdan başqa söz deyilməsin
Elim zülm dərənin dibində hələ.

El bağlı qəfəsə aldanmayacaq,
Bir paslı zəncirə bağlanmayacaq,
Zillətlə yaşama yalvarmayacaq,
Cavanın şəhamət əlində hələ.

Yorumlar

Bu yazıya henüz yorum yapılmamış. İlk yorum yapan siz olun.

Yorum Yaz

Diğer Yazılar

ARAZ      AZ

ARAZ AZ

Tikanlı yollar

19.05.2018

Dedim görəbilsəm candan çıxacaq,Bu meyxarəliyim, acı mehnətim.Bilmədim görüncə başa çatacaq,Piyalə saymadan ömür fürsət...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

VASIYYET

06.03.2018

VəsiyyətCanım azadlığa olursa fəda...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

EY ŞAH

30.01.2018

Ey ŞahEy dişi qizildan gülən sultanım,...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

Yiyəsiz Insan

25.12.2017

Yiyəsiz insanGəlincə dünyaya soran olmadı...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

ŞAM

14.12.2017

ŞamOd tutdu qanadım röyalarımla,...


Devamını Gör