İpek Yolu Haber Ajansı

VASIYYET

Vəsiyyət

Canım azadlığa olursa fəda
Bu vəsiyyətimi hey yad eyləyin.
Buraxın fələyi, versin min əda
Azadlıq dünyasın bünyad eyləyin.

Olub məst, yaradıb, peyk şəraba
Olmaq günahına duşduk əzaba.
Yixilsin cənnəti,qalsın xaraba
Harda var viranə abad eyləyin.

Xəzanın yelindən ruhuma əsdi,
Hanı bəs fələyin yaxşılıq qəsdi?
Tarixin hər sözü qulaqda səsdi.
Bir-birizi sağkən siz şad eyləyin.

Sürülər çobanın axtarar, yoxdu,
Qurdun salamına etibar yoxdu,
İt baxar, tutmağa ixtiyar yoxdu,
Harda haq yeyilir, fəryad eyləyin.

Batmasın zındanda səs, üsyanımız,
Sınmasın dillərdə eşq, peymanımız,
Olmasın günlərdə qəm, əyyamımız,
Günləri təqvimdə eşq, ad eyləyin.

Məstəm xəyalından anlarım xumar,
Bu məst dil torpağın altında susar,
Hara üz çevirsəm qarşımda divar,
Harda quş qəfəsdə, azad eyləyin.

Səs salma dinc otur yerində, Araz,
Çoxu gedib, qalıb ömründən bir az.
Qoyma başın darda ola, sərfiraz,
Bir şam tək ışığa imdad eyləyin.

Yorumlar

Bu yazıya henüz yorum yapılmamış. İlk yorum yapan siz olun.

Yorum Yaz

Diğer Yazılar

ARAZ      AZ

ARAZ AZ

Tikanlı yollar

19.05.2018

Dedim görəbilsəm candan çıxacaq,Bu meyxarəliyim, acı mehnətim.Bilmədim görüncə başa çatacaq,Piyalə saymadan ömür fürsət...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

EY ŞAH

30.01.2018

Ey ŞahEy dişi qizildan gülən sultanım,...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

ACI TEBESSÜM

06.01.2018

Acı təbəssümYəqin bil, duşməyib isti-soyuğa...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

Yiyəsiz Insan

25.12.2017

Yiyəsiz insanGəlincə dünyaya soran olmadı...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

ŞAM

14.12.2017

ŞamOd tutdu qanadım röyalarımla,...


Devamını Gör