İpek Yolu Haber Ajansı

Yiyəsiz Insan

Yiyəsiz insan

Gəlincə dünyaya soran olmadı
İstərsin həyata gəlməyi ya yox.
Nə din, nə ailən yada salmadı
İstərsən yolunu seçməyi ya yox.

Açdın günahlara ağlar gözünü,
Anlayan olmadı səsdə hüzünü,
Ey insan, de bilim sözün düzünü,
İstərsən dünyadan köçməyi,ya yox.

Dərdlərini xalıq istəyi sanan
Aclığın içində qocalıb-yanan,
Tanrımı xalıqın, ya ata-anan?
İstərsən xalıqı sevməyi, ya yox.

Cavanlıq körpüsü üçüb bağlanıb,
Başının üstündə ölüm dayanıb,
Elə bil nə dərd var sənə yaranıb,
İstərsən urəkdən gülməyi, ya yox.

İnandın hər yoldan keçən sultana,
Yaşamın yüyənin verdin zamana,
Güvəndin yalançı əhdü-peymana,
İstərsən haqqından keçməyi,ya yox.

ییَه سیز انسان

گَلینجه دنیایا سوران اولمادی
ایسترسن حیاتا گلمئی یا یوخ
نه دین نه عائیله ن یادا سالمادی
ایسترسن یولونو سئچمه یی یایوخ

آچدین گناهلارا آغلار گؤزونؤ
آنلایان اولمادی سَسده حؤزونؤ
ای انسان دِه بیلیم سؤزون دؤزونؤ
ایسترسن دنیادان کؤچمه ئی یایوخ

دردلرینینی خالیق ایستَئی سانان
آجلیغین ایچینده قوجالیب یانان
تانری می خالیقین یا آتا آنان
ایسترسن خالیقی سئومَه یی یایوخ

جاوانلیق کؤرپوسو اوچوب باغلانیب
باشینین اوستونده اؤلوم دایانیب
اِله بیل نه درد وار سَنه یارانیب
ایسترسن اورَک دن گؤلمئی یایوخ

اینان دین هریولدان کئچن سلطانا
یاشامین یؤیَنین وئردین زامانا
گؤوَندین یالانچی عهدوپیمانا
ایسترسن حاقیندان کئچمه یی یایوخ

Yorumlar

Bu yazıya henüz yorum yapılmamış. İlk yorum yapan siz olun.

Yorum Yaz

Diğer Yazılar

ARAZ      AZ

ARAZ AZ

Tikanlı yollar

19.05.2018

Dedim görəbilsəm candan çıxacaq,Bu meyxarəliyim, acı mehnətim.Bilmədim görüncə başa çatacaq,Piyalə saymadan ömür fürsət...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

VASIYYET

06.03.2018

VəsiyyətCanım azadlığa olursa fəda...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

EY ŞAH

30.01.2018

Ey ŞahEy dişi qizildan gülən sultanım,...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

ACI TEBESSÜM

06.01.2018

Acı təbəssümYəqin bil, duşməyib isti-soyuğa...


Devamını Gör
ARAZ      AZ

ARAZ AZ

ŞAM

14.12.2017

ŞamOd tutdu qanadım röyalarımla,...


Devamını Gör